Cəmiyyət

Şəhid anası dünyasını dəyişdi – FOTO

Sharing is caring!


Lənkəran rayonunda şəhid baş leytenant Samid Əkbərovun anası Zərifə Əkbərova dünyasını dəyişib.

News24.az xəbər verir ki, o, 65 yaşında vəfat edib.

Qeyd edək ki, Samid Əkbərov 23 yanvar 1983-cü ildə Lənkəran rayonunun Boladi kəndində dünyaya gəlib. 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

8 noyabr 2008-ci il tarixində Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir