Dünya

Sıfır emissiya səviyyəsinə çatmaq üçün ildə 4 trilyon dollar vəsait lazımdır

Sharing is caring!

2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün növbəti 8 ildə bərpa olunan enerjiyə ildə təxminən 4 trilyon dollar investisiya yatırmaq tələb olunacaq.

Bu qənaət BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) 27-ci Tərəflər Konfransı iştirakçılarının sammitdən sonra bazar günü dərc olunmuş yekun bəyannaməsində yer alıb.

Sənədə əsasən, ümumilikdə, aşağı karbonlu iqtisadiyyata qlobal keçid üçün ildə ən azı 4-6 trilyon dollar həcmində investisiyalar tələb olunacaq.

Eyni zamanda, bəyannamədə iqlim dəyişikliyinin təsiri ilə inkişaf etməkdə olan ölkələrin artan tələbatları və borcları, eləcə də onlara göstərilən dəstək səviyyəsi arasında uçurumun olduğu qeyd edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir