Cəmiyyət

Bakıda QSC-nin atmosfer havasına buraxdığı tullantıların normadan artıq olduğu müəyyən edildi

Sharing is caring!


Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Baku Steel Company” QSC-dən atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Bu barədə Oxu.Az-a xidmət rəsmisi Qafar Ağayev bildirib.

O qeyd edib ki, müəssisənin ərazisində araşdırma və monitorinq aparılması üçün “Baku Steel Company” QSC-yə müraciət edilsə də, müvafiq şərait yaradılmayıb.

Bu səbəbdən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən sözügedən QSC-nin ətrafında monitorinq və ölçmə işləri aparılıb və atmosfer havasına atılan tullantıların normadan artıq olduğu müəyyən edilib.

“Faktla bağlı akt tərtib olunub və “Baku Steel Company” QSC-nin hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib”, – o, əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir