Dünya

ABŞ və Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

Sharing is caring!

Kanada hakimiyyəti İrana qarşı sanksiyalar siyahısına altı fiziki və iki hüquqi şəxsi əlavə edib.

Bu barədə çərşənbə günü Kanada Xarici İşlər Nazirliyindən bildirilib.

 Xüsusilə, “Shahed” və “Mohajer-6” pilotsuz uçuş aparatlarını (PUA) istehsal edən “Shahed Aviation Industries” və “Qods Aviation Industries” sanksiyalara məruz qalıb.

Bundan əlavə, Kanada İranda insan haqlarının pozulmasında əli olan şəxslərə də məhdudiyyətlə qoyub. Siyahılara bir neçə iranlı general da daxil olmaqla, altı şəxs əlavə edilib.

ABŞ Maliyyə Nazirliyi isə İranın IRIB Yayım Korporasiyasının altı yüksək rütbəli əməkdaşına qarşı İslam Respublikasında ümummilli etirazları işıqlandırarkən senzura və təzyiq kampaniyalarına görə sanksiya məhdudiyyətləri qoyub.

“İRİB və onun törəmə şirkətləri obyektiv media orqanı kimi kimi deyil, daha çox İran hökumətinin öz xalqına qarşı kütləvi repressiya və senzura kampaniyasında kritik alət kimi çıxış edir”, – deyə nazirlikdən bildirilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir