Dünya

Niderlandın baş naziri: “Polşaya kimin raketinin düşməsindən asılı olmayaraq, səbəbkar Rusiyadır”

Sharing is caring!

“Polşada iki nəfərin ölümünə səbəb olan raketi kimin atmağından asılı olmayaraq, insidentə səbəb Rusiyanın Ukraynaya kütləvi raket zərbələridir”.

Bu barədə Niderlandın Baş naziri Mark Ryutte öz “Twitter” səhifəsində insidenti şərh edərkən bildirib.

Ryutte Balidə keçirilən G20 sammitində iştirak edən G7 və NATO liderləri arasında insidentlə bağlı görüşü xatırladıb. O qeyd edib ki, hər kəs öncə faktların öyrənilməsinə çağırış edib. Bunun üçün isə Polşanın başlatdığı təhqiqata dəstək verilməsi önəmlidir.

“Bir şey aydındır: Rusiya Federasiyasının Ukraynaya qarşı dəhşətli raket zərbələri olmasaydı, bu insident baş verməzdi. Biz Rusiyanın təcavüzündən müdafiə olunan Ukraynanı dəstəkləməyə davam edirik”, – deyə nazir vurğulayıb.

Xatırladaq ki, Rusiyanın noyabrın 15-də Ukrayna şəhərlərinə kütləvi zərbələri Niderland xarici işlər nazirinin Kiyevdə olduğu zamana təsadüf edib.

Noyabrın 15-də Rusiyanın raket hücumları davam etdiyi bir zamanda Polşanın sərhəd kəndinə raket düşüb və nəticədə iki nəfər həlak olub.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir