Dünya

“Amazon” şirkəti tarixində ən böyük ixtisara hazırlaşır

Sharing is caring!

İnternet nəhəngi “Amazon” bu həftədən etibarən təxminən 10 000 nəfəri işdən çıxarmağı planlaşdırır. Bu, şirkətin tarixində ən böyük ixtisardır.

Bu barədə “The New York Times” məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Bildirilıir ki, ixtisarlar, əsasən, “Alexa” səs köməkçisində işləyənlər, eləcə də pərakəndə satış və insan resursları işçiləri kimi tərtibatçılara təsir edəcək.

“İşdən çıxarılanların ümumi sayı dəyişkən olaraq qalır. Lakin 10 000 səviyyəsinə çatarsa, bu, “Amazon”un tam ştatlı işçilərinin təxminən 3%-i və qlobal işçi qüvvəsinin 1%-dən azını təşkil edəcək”, – deyə mənbədən bildirilib.

Ekspertlərin fikrincə, “Amazon”un bayram alış-veriş mövsümündə planlaşdırılan kritik ixtisarı qlobal iqtisadiyyatın ona nə qədər tez təzyiq göstərdiyini nümayiş edir.

Qeyd edək ki, pandemiya “Amazon” tarixində ən gəlirli dövrü başlatmışdı. İstehlakçıların onlayn alış-verişə, şirkətlərin isə onun “bulud” hesablama xidmətlərinə axın etdiyi iki il ərzində “Amazon” işçi qüvvəsini iki dəfə artırdı, qazancını isə genişləndirməyə və təcrübələrə yönəltdi.

Lakin bu ilin əvvəlində pandemiya nəticələri sönükləşməyə başlayanda “Amazon” son 20 ilin ən yavaş tempinə düşdü. Şirkət həddindən artıq investisiya və sürətlə genişlənmə qərarına görə böyük xərclərlə üzləşdi, bundan başqa, istehlakçıların alış vərdişlərindəki dəyişikliklər və yüksək inflyasiya da satışları azaltdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir