Dünya

“Sumqayıt”ın legioneri: “DÇ-2022 Qana üçün çətin, amma maraqlı olacaq”

Sharing is caring!

“Dünya çempionatı Qana yığması üçün çətin, amma maraqlı olacaq”.

Bunu “Report”a açıqlamasında “Sumqayıt”ın qanalı futbolçusu Riçard Qadze ölkəsinin bu il Qətərdə keçiriləcək dünya çempionatındakı şansları barədə danışarkən deyib.

“Qara ulduzlar” mundialda Portuqaliya, Uruqvay və Cənubi Koreya ilə birlikdə H qrupunda mübarizə aparacaqlar.

28 yaşlı hücumçu Avropa və Cənubi Amerika təmsilçiləri ilə görüşlərin daha maraqlı keçəcəyini bildirib:

“2014-ci ildəki mundialda Portuqaliyaya uduzmuşduq. Bu baxımdan qarşılaşma gərgin keçəcək. Bizi həmçinin Uruqvayla gərgin oyun gözləyir. Çünki DÇ-2010-dakı qarşılaşma hələ yaddan çıxmayıb. Bu, turnirin ən yaxşı matçlarından biri ola bilər”.

Təcrübəli forvard “Qarabağ”da çıxış edən həmyerlisi Ovusu Kvabenanın DÇ-2022-dən kənarda qalmasına da toxunub:

“Bəli, Ovusu yaxşı formadadır və mən ona görə xoşbəxtəm. Düşünürəm ki, o, bu cür oynamağa və əlindən gələni etməyə davam etməlidir. Diqqəti üzərinə çəkməsi və milliyə çağırılması üçün doğru vaxt gələcək”.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir