Dünya

Zambiya Rusiyadan öz vətəndaşının Ukraynadakı müharibəyə necə getdiyinə dair izahat istəyib – FOTO

Sharing is caring!

Zambiya Xarici İşlər Nazirliyi Rusiya hökumətindən öz vətəndaşı Lemehani Natan Nyirendanın Ukraynadakı müharibədə hansı şəraitdə öldüyü ilə bağlı təcili məlumat verməsini istəyib.

Bu barədə məlumat nazirliyin “Facebook” hesabında yerləşdirilib.

23 yaşlı Nyirenda sentyabrın 22-də həyatını itirib. Əvvəllər o, Zambiya hökuməti hesabına Moskva Mühəndislik Fizika İnstitutunda nüvə qurğularının layihələndirilməsi üzrə təhsil alıb. 2020-ci ilin aprelində o, Rusiya Federasiyasının qanunlarını pozub, buna görə 9,5 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını Moskva ətrafındakı islah müəssisəsində çəkib. Zambiyalının hansı maddəyə görə mühakimə olunduğu barədə məlumat verilmir.

Hazırda Nyirendanın nəşinin qalıqları Rostova çatdırılıb.

“Bu çox kədərli hadisə ilə əlaqədar Zambiya hökuməti Rusiya hakimiyyətindən Moskvada həbsdə olan Zambiya vətəndaşının Ukraynaya ordu sıralarında göndərilməsi və sonradan həyatını itirməsi barədə təcili məlumat verməyi xahiş edib”, – deyə mesajda bildirilir.

Zambiyanın xarici işlər naziri Stenli Kakubo mərhumun ailəsi ilə əlaqə saxlamağa söz verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir