Dünya

İsveçrə vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib – FOTO

Sharing is caring!

İsveçrə Xarici İşlər Nazirliyi bəyanat yayaraq, vətəndaşlarının İrana səfər etməmələri ilə bağlı xəbərdarlıq edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Noyabrın 13-də dərc edilən bəyanatda İsveçrə vətəndaşlarından xalq etirazlarının davam etməsi, İslam Respublikası təhlükəsizlik qüvvələrinin həqiqi güllələrdən istifadə etməsi, habelə əcnəbilərin özbaşına həbsi və ədalətsiz məhkəmələrin keçirilməsi səbəbindən İrana səfər etməmələri istənilib.

İsveçrə hökuməti bu yaxınlarda Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün dronlar göndərdiyinə görə İrana sanksiya tətbiq etmək qərarını açıqlayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir