Dünya

Hindistan və Almaniya arasındakı ziddiyyətləri artıq diplomatlar həll edəcəklər

Sharing is caring!

Almaniya və Hindistan arasında mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı ziddiyyətlər diplomatik sferaya keçib.

Hindistanın “GAIL India Ltd” şirkəti 2041-ci ilə qədər “Qazprom”un keçmiş bölməsindən ildə 2,5 milyon ton LNG almalıdır. İndi şirkət SEFE (“Securing Energy for Europe GmbH”) adlanır və Almaniya hökuməti tərəfindən idarə olunur.

Bildirilir ki, bu ilin may ayından şirkət artıq Yamaldan qaz almadığı üçün 17 partiyanın qaz tədarükünü ləğv edib.

Tərəflər məsələ ilə bağlı diplomatları cəlb ediblər. Diplomatlar Almaniyanın dövlət şirkəti tərəfindən Hindistana LNG tədarükünün kəsilməsi ilə bağlı fikir ayrılıqlarını həll etməyə çalışacaqlar.

Həmçinin Hindistan da tədarük boşluğunu doldurmaq üçün Rusiya ilə həll yollarını axtarır.

Mənbə: “Bloomberg”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir