Dünya

İsveç parlamentində Türkiyə ilə dostluq qrupu yaradılacaq

Sharing is caring!

İsveç hökuməti parlamentdə dostluq qrupu yaratmaqla Türkiyə ilə əlaqələri gücləndirmək istəyir.

Bu barədə çərşənbə axşamı İsveçin baş naziri Ulf Kristersson Ankaraya səfəri zamanı bildirib.

“Bildirmək istərdim ki, İsveç parlamenti Türkiyə ilə dostluq qrupunun yaradılması üzərində işə başlayıb”, –  deyə Nazirlər Kabinetinin rəhbəri məlumat verib.

Kristersson həmçinin vurğulayıb ki, İsveç terror təşkilatları ilə heç bir dialoq aparmayacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir