Dünya

İsrail İstanbuldakı partlayışdan sonra Türkiyəyə istənilən yardımı göstərməyə hazırdır

Sharing is caring!

İsrail İstanbulun mərkəzindəki İstiqlal küçəsində baş verən partlayış nəticəsində insanların həlak olması ilə bağlı Türkiyəyə başsağlığı verir və hadisə ilə bağlı Türkiyə tərəfinə hər cür yardım göstərməyə hazırdır.

Bunu İsrailin müdafiə naziri Benni Qants deyib.

“İsrailin müdafiə qurumu istənilən yardımı göstərməyə hazırdır. Son bir saat ərzində mən həmkarım, Türkiyənin müdafiə naziri Hulusi Akarla danışdım və ona İsrail müdafiə qurumu adından və şəxsən öz adımdan başsağlığı verdim”, – deyə nazir bildirib.

O, bu faciənin bütün qurbanlarına,  Türkiyə hökumətinə və xalqına başsağlığı verdiyini vurğulayıb.

“Bu hücum bizim hamımızın günahsız dinc sakinlərə zərər vurmaq istəyən qaniçən terrorçulara qarşı mübarizə sahəsində əməkdaşlığı dərinləşdirməyə davam etməli olduğumuzu xatırladan ağrılı bir mesajdır. Biz bu gün bu istiqamətdə çalışırıq və bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik”, – israilli nazir bəyan edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir