Dünya

Aİ rəsmisi Azərbaycan və Ermənistanın XİN başçılarının görüşünü şərh etdi – FOTO

Sharing is caring!

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün vacibliyinə diqqət çəkib.

Toivo Klaar bu barədə “Twitter”də bildirib.

“Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında vacib görüş olub. Ararat Mirzoyan və Ceyhun Bayramovun ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirakı sevindirici haldır”, – T. Klaar qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir