Dünya

İsveçdə 75 ilin ən isti günü qeydə alınıb

Sharing is caring!

İyulun 21-də İsveçdə son 75 ilin ən yüksək hava temperaturu qeydə alınıb.

Ölkənin cənubundakı Mollilla şəhərində havanın temperaturu 37,2° C-yə çatıb ki, bu da son 75 ilin ən yüksək göstəricisidir. Sonuncu belə göstərici 1947-ci ildə qeydə alınıb – 38° C.

Lakin artıq elə həmin gün soyuqlar başlayıb, iyulun 22-də havanın temperaturu 23°C-yə düşüb.

Mollilla “İsveçin istilik paytaxtı” adlanır, çünki orada tez-tez həm isti, həm də soyuq temperatur rekordları qeydə alınır.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir