Dünya

Tehran İT Gildiyasının nümayəndəsi: “Bu gün İranda internet deyilən şey yoxdur”

Sharing is caring!

“Bu gün bizdə internet deyilən şey yoxdur”.

Bunu Tehran İT Gildiyasının Direktorlar Şurasının üzvü Keyvan Camebozorg İranın internet sahəsinin bugünkü vəziyyətindən danışarkən bildirib.

Onun sözlərinə görə, hazırda əllərində olan yeganə şey pozulmuş və qeyri-sabit bir şəbəkədir.

İT mütəxəssisi eyni zamanda, hökumətin beynəlxalq platformaların fəaliyyətinə ümid etməyinə dəymədiyini açıq şəkildə bildirdiyini vurğulayıb.

“Gələcəkdə belə siyasətin nəticəsi o olacaq ki, bizdə internet iqtisadiyyatı olmayacaq, həmçinin  iqtisadiyyatın bütün sahələri rəqəmsal sahədə illərlə geri qalacaq”, – deyə o vurğulayıb.

K.Camebozorg həmçinin milli internetin kifayət etmədiyini vurğulayıb.

“Beynəlxalq platformalara çıxış olmadan bu şəbəkə mənasızlaşır”, – deyə o sözlərini yekunlaşdırıb.

Mənbə: khabaronline.ir

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir