Dünya

Rusiyada hərbi xidmət müddəti uzadıla bilər

Sharing is caring!

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Bondaryov bildirib ki, Rusiya Silahlı Qüvvələrində hərbi xidmət müddəti iki ilə qədər uzadıla bilər.

“Biz Müdafiə Nazirliyi, hərbi xidmətə çağırış xidməti və hüquq-mühafizə orqanları ilə məsləhətləşəcəyik. Düşünürəm ki, təklifimiz dəstəklənəcək”, – Viktor Bondaryov vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin arsenalına yeni hərbi texnika daxil edilir və əsgərlərin onları bir ildə mənimsəmələri mümkün deyil.

Xatırladaq ki, buna bənzər təşəbbüslə bu ilin oktyabr ayında senator Vladimir Cabarov və Dövlət Dumasının deputatı Mixail Şeremet çıxış etmişdilər.

Mənbə: Svoboda.org

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir