Dünya

Məşhur türkiyəli aktyor Rza Akın vəfat edib

Sharing is caring!

Türkiyəli məşhur aktyor Rza Akın 65 yaşında vəfat edib.

Yaxınları beyninə qan sızan aktyoru xəstəxanaya çatdırıblar.

Həkimlərin müdaxiləsinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Rza Akın 1957-ci ildə Ərzincan şəhərində dünyaya gəlib. Teatr aktyoru olan Rza Akın bir müddət jurnalist kimi də fəaliyyət göstərib.

Aktyor əsasən “Kalp Yarası”, “Cesur Yürek”, “Bayi Toplantısı” kimi filmlərdə oynadığı rollarla yaddaşlarda qalıb.

Mənbə: Hürriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir