Siyasət

Nazir müavini: “Son 30 il ərzində su ehtiyatlarımız 15 faiz azalıb”

Sharing is caring!

“Son 30 il ərzində su ehtiyatlarımız 15 faiz azalıb və bu gün Azərbaycan da su stresi yaşayan ölkələr sırasındadır”.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl Transformasiya” konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişiklikləri dünyada ən çox müzakirə olunan aktual problemlərdən biridir:

“Son yüz ildə ölkəmizdə temperatur 4,3 dərəcə artıb. Yağıntıların miqdarının azalması bizi gələcək illərdə su ilə bağlı daha kəskin addımlar atmağa məcbur edir. Təəssüf ki, bu problem Azərbaycandan da yan keçmədi. Azərbaycan ərazisi qlobal istiləşmə kimi məsələlərdə həssasdır. Temperaturun artması, su ehtiyatlarımızın azalması, səhralaşma, erroziya prosesinin güclənməsi, yağıntıların miqdarının azalması, küləkli günlərin miqdarının artması kimi amillər Azərbaycanda öz fəsadlarını göstərməkdədir”.

Nazir müavini son 15 ildə ölkənin meşə ərazilərinin qlobal iqlim dəyişikliklərinin nəticəsi olaraq 12-15 faiz azaldığını da bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir