Dünya

Edmon Marukyan: “Azərbaycan birgə bəyanatın mətnində “Dağlıq Qarabağ” ifadəsindən istifadəyə razılıq verməyib”

Sharing is caring!

“Ermənistan Soçidə razılaşdırılmış bəyanatın mətnində “Dağlıq Qarabağ” ifadəsinin yer almasını sona qədər təkid etsə də, Azərbaycan bununla razılaşmayıb”.

Bu sözləri dəvət aldığı verilişdə jurnalistin sualını cavablandıran Ermənistan Respublikasının xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan söyləyib.

Xatırladaq ki, oktyabrın 31-də Azərbaycan, Rusiya və Ermənistan liderləri Soçidə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasını müzakirə ediblər.

İclasın yekunu üzrə birgə bəyanat qəbul edilib.

Mənbə: Mamul.am

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir