Dünya

Çikaqoda “Halloween” gecəsi atışma: Çox sayda yaralı var – VİDEO

Sharing is caring!

ABŞ-nin Çikaqo (İllinoys ştatı) şəhərində “Halloween” bayramı zamanı atışma nəticəsində azı 14 nəfər yaralanıb.

Bu barədə ABC telekanalı yerli polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanları zərərçəkənlərin vəziyyəti barədə məlumat verməyib. 11 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisə yerinə azı 10 təcili yardım maşını göndərilib. Polis hadisənin başvermə şəraitini araşdırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir