Dünya

Havanada hoteldə güclü partlayış: Yaralılar var – FOTO/VİDEO

Sharing is caring!

Havanada Kapitol binasının yanında yerləşən “Saratoga” hotelində güclü partlayış baş verib.

“Diario de Cuba”nın məlumatına görə, partlayış nəticəsində binanın ətrafına qırıntılar səpələnib.

Partlayışın səbəbləri ilə bağlı hələlik təsdiqlənmiş məlumat yoxdur.

Bəzi xəsarət alanların dağıntılar altından çıxarıldığı bildirilib.

Partlayışın şahidlərinin verdiyi məlumata görə, binanın ən azı iki mərtəbəsi dağılıb.

Mənbə: TASS  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir