Dünya

Ekspert: “Rusiyanın Qara dəniz donanmasının fəaliyyət qabiliyyəti 70% azalıb”

Sharing is caring!

“Rusiyanın Qara dəniz donanmasının fəaliyyət qabiliyyəti 70% azalıb”.

Bu barədə Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko bildirib. Ekspert Rusiya gəmilərinin zədələnməsini bu şəkildə qiymətləndirib.  

O hesab edir ki, Rusiyanın Qara dəniz donanması Ukraynaya qarşı müharibədə öz funksiyalarını artıq tam şəkildə yerinə yetirə bilmir. Onun rolu 70% azalıb.

Onun sözlərinə görə, Rusiya Qara Dəniz Donanması xüsusən də Ukrayna şəhərlərinin sahillərini artilleriyadan atəşə tutmaq üçün istifadə edilə bilməz. Bundan əlavə, donanma desant çıxarmaları və bu qəbildən əməliyyatlarda istifadə üçün yararsızdır.

“Donanmanın bugünkü rolu Ukrayna şəhərlərini, Ukrayna infrastrukturunu “Kalibr” raketləri ilə atəşə tutmaqdan ibarətdir”, – deyə Musienko qeyd edib.

Mənbə: Donpress.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir