Cəmiyyət

İsmayıllıda Zəfər Forumu keçirilir – FOTO

Sharing is caring!

Prezident Administrasiyasının (PA) dəstəyi, Müdafiə Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı rayonunda Zəfər Forumu keçirilir.

“Report” xəbər verir ki, İsmayıllı, Şamaxı, Ağdaş, Ağsu, Göyçay, Qobustan, Ucar, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarının iştirakı ilə keçirilən Zəfər Forumu İsmayıllı rayon Mədəniyyət Mərkəzində təşkil edilib.

Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir