Dünya

Astanada MDB Hökumət Başçıları Şurasının iclası başlayıb – VİDEO

Sharing is caring!

Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Hökumət Başçıları Şurasının iclası başlayıb.

Məlumata görə, baş nazirlər 10-dan çox məsələni müzakirə etməlidirlər.

Görüşdən əvvəl iştirakçılar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüblər.

İclas dar və geniş tərkibdə keçiriləcək, ondan sonra sənədlərin imzalanması planlaşdırılır.

Tədbirdə Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir.

Xatırladaq ki, hazırda MDB-yə Qazaxıstan sədrlik edir. 2023-cü ildən isə sədrlik Qırğızıstan Respublikasına keçəcək, Qazaxıstan və Rusiya həmsədr olacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir