Dünya

KTMT-nin Ermənistanla bağlı növbədənkənar sessiyası keçiriləcək

Sharing is caring!

2022-ci il oktyabrın 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçiriləcək.

KTMT-nin mətbuat xidmətindən verilən məlumata görə, sessiya zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar KTMT-nin 2022-ci il sentyabrın 15-də Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə Ermənistana göndərilmiş missiyanın işinin nəticələrinin müzakirəsi planlaşdırılır.

Həmçinin Ermənistan Respublikasına yardım göstərilməsi üçün birgə tədbirlərin nəzərdən keçirilməsi gözlənilir.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın təşəbbüsü ilə keçiriləcək KTMT liderlərinin fövqəladə sammitində iştirak edəcək.

Mənbə: Aysor.am

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir