Dünya

Rusiyanın iqtisadiyyat naziri Ələt Azad İqtisadi Zonası ilə tanış olub – VİDEO

Sharing is caring!

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Rusiyanın iqtisadiyyat naziri Maksim Reşetnikova Ələt Azad İqtisadi Zonasında yaradılan şərait barədə məlumat verib.

Bu barədə Rusiya Federasiyası İqtisadiyyat Nazirliyinin “Telegram” kanalında qeyd olunub:

“Ələt Azad İqtisadi Zonası ilə tanış olduq. Biz Azərbaycanla investorlar üçün yaradılmış güzəştli şəraitin ən yaxşı təcrübələri ətrafında fikir mübadiləsi aparırıq. 

Xəzər İqtisadi Forumunun nəticəsi olaraq biz Azərbaycan Respublikası ilə xüsusi iqtisadi zonalar təcrübəsinin Xəzər regionunun bütün ölkələrinə yayılması barədə razılığa gəldik.

Ümid edirik ki, bu, Xəzər iqtisadi zonalarının assosiasiyasının yaradılması istiqamətində atılmış daha bir addım olacaq. Bu isə öz növbəsində “Xəzər beşliyi” (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) ölkələri üçün rezident statusu almaq prosesini sadələşdirəcək və sürətləndirəcək”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir