Dünya

ABŞ rəsmisi: “Rusiya İrana etirazları yatırtmaq üçün məsləhətlər verə bilər”

Sharing is caring!

“İranda Məhsa Əmininin ölümündən 40 gün keçməsi ilə əlaqədar ölkədə keçirilən etirazları yatırmaqla bağlı Rusiya Tehrana tövsiyələr verə bilər. ABŞ buna dair əlamətlər görür”.

Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bəyan edib.

“Biz narahatıq ki, Moskva nümayişlərin yatırılmasında Rusiyanın geniş təcrübəsinə əsaslanaraq Tehrana qabaqcıl üsullar barədə məsləhət versin. İranın Ukraynaya qarşı müharibə aparmaqda  Rusiyaya kömək etdiyinə dair sübutlar açıq-aydındır. İran və Rusiya təcrid olunduqca yaxınlaşırlar. İrana mesajımız çox aydındır: öz xalqınızı öldürməyi dayandırın! Ukraynalıların öldürülməsinə kömək üçün Rusiyaya silah göndərməyi dayandırın!”, – deyə o, brifinq zamanı bildirib.

Xatırladaq ki, oktyabrın 22-də İranda Məhsa Əmininin polis tərəfindən saxlanıldıqdan sonra ölümü bütün ölkədə etiraz aksiyalarına səbəb oldu. Həftələrlə davam edən aksiyalara artıq məktəblilər və tələbələr də qoşulublar. Son məlumatlara görə, etirazlarda 200-dən çox dinc sakin həlak olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir