Cəmiyyət

Eldar Əzizov Azərbaycanda ətin və çörəyin qiymətindən danışdı: “Dəfələrlə aşağıdır”

Sharing is caring!

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonunda yaşayan bir qrup sakinlə görüş keçirib.

Belə ki, görüşdə çıxış edən Eldar Əzizov qida məhsullarının qiymətləri ilə bağlı da danışıb:

“Əsas qida məhsulu sayılan çörəyin 1 kq-nın qiyməti Almaniya və İtaliyada 6-7 AZN-dir. İqtisadi cəhətdən çox zəif olan Ermənistanda çörək 2,5 AZN, Rusiyada 2 AZN-dirsə, Azərbaycanda bu, 1 manat 10 qəpik təşkil edir. Yumurtanın bir ədədi Rusiya və Ermənistanda 25 qəpik, Gürcüstanda 24 qəpik, Tacikistan və Moldovada 23 qəpik, Belarusda 18 qəpikdirsə, Azərbaycanda yumurta 16 qəpikdir”.

Eldar Əzizov həm də mal ətinin 1 kq-nın qiymətlər fərqindən danışıb:

“Mal ətinin 1 kq-nın qiyməti Azərbaycandan fərqli olaraq İtaliyada 2,2 dəfə, Ermənistanda 1,8 dəfə, Almaniyada 1,5 dəfə, Rusiyada 1,4 dəfə, Gürcüstanda 1,2 dəfə bahadır.

Bununla bərabər çox ağır iqtisadi durumda olan Ermənistanda və eyni zamanda Avropa ölkələrində qiymətlər hər ay qalxır, Azərbaycanda isə dövlətin dəstəyi sayəsində bu tendensiya mövcud deyil. Statistik məlumatlardan da göründüyü kimi ölkəmizdə əsas qida məhsullarının qiyməti bir sıra dünya ölkələrində olduğundan dəfələrlə aşağıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir