Dünya

Polşa Senatı Rusiya hakimiyyətini “terrorçu rejim” kimi tanıdı

Sharing is caring!

Polşa parlamentinin yuxarı palatası (Senat) çərşənbə günü Rusiya hakimiyyətini “terrorçu rejim” kimi tanıyan qətnaməni qəbul edib.

Məlumata görə, səsvermədə 85 senator iştirak edib. Bütün senatorlar Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnaməni dəstəkləyiblər.

Senat həmçinin beynəlxalq ictimaiyyəti Ukraynadakı cinayətlərə görə məsuliyyət daşıyanların işini araşdıran Beynəlxalq Cinayət Məhkəməsinə hər cür dəstək verməyə çağırıb və ukraynalı qaçqınlara kömək etdiyinə görə Polşa xalqına və hökumətinə minnətdarlığını bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir