Dünya

Makron və Şolts Yelisey Sarayında nahar edəcəklər

Sharing is caring!

Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Yelisey Sarayında iş naharında görüşəcəklər.

Görüşün məqsədi son zamanlar Paris və Berlin arasındakı gərginliyə səbəb olan məsələlərdə razılıq əldə etməkdir. 

Daha öncə Almaniyada hakimiyyət dəyişikliyindən sonra nazirlərin iştirakı ilə ilk ikitərəfli sammitin keçirilməsi nəzərdə tutulsa da, sonradan təxirə salınıb. Buna səbəb müdafiə və enerji kimi əsas siyasət sahələrində fikir ayrılıqları olub. 

Lakin Makron və Şolts oktyabrın 26-da günorta şəxsən görüşmək barədə razılığa gəliblər. Yelisey Sarayından verilən məlumata görə, liderlər “Fransa-Almaniya əməkdaşlığını gücləndirməyə” və ümumi çağırışlara “həmrəy cavab yolları” tapmağa çalışacaqlar.

Eyni zamanda bildirilib ki, görüşdən sonra birgə bəyanatların verilməsi nəzərdə tutulmayıb.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir