Dünya

Prezident Ərdoğan və İngiltərə kralı arasında danışıqlar baş tutub

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya kralı III Çarlz ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Söhbət zamanı Türkiyə ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər müzakirə edilib.

Türkiyə lideri iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyə, eləcə də bir çox sahələrdə sıx əməkdaşlığa əsaslanan münasibətlərin qarşıdakı dövrdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı Prezident Ərdoğan Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Britaniya monarxına başsağlığı verib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir