Dünya

Almaniya prezidenti Ukraynada bomba sığınacağında qalıb

Sharing is caring!

Oktyabrın 25-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya səfəri zamanı Çerniqov vilayətinin Koryukovka şəhərindəki bomba sığınacağında bir saat yarım qalmalı olub.

Məlumata görə, dövlət başçısının səfər planlarına hava hücumu xəbərdarlığı mane olub.

Ştaynmayerin mətbuat katibi Serstin Qammelinin sözlərinə görə, Almaniya prezidenti onunla ilə eyni sığınacaqda qalan Koryukovka sakinləri ilə danışıb.

“Demək olar ki, hər gün bununla qarşılaşırıq!”, – deyə qadınlar çox vaxt həyəcan siqnalına məhəl qoymadıqlarını etiraf ediblər.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir