Dünya

Böyük Britaniyanın yeni baş naziri vəzifəsinin icrasına başladı – FOTO

Sharing is caring!

Böyük Britaniyanın hakim Mühafizəkarlar partiyasının yeni lideri Rişi Sunak Kral III Çarlzdan hökumət qurmaq mandatı alıb.

Beləliklə, Sunak ölkənin baş naziri vəzifəsinin icrasına başlayıb.

Bukingem sarayında keçirilən audiensiya mərasimindən görüntülər monarxın mətbuat xidməti tərəfindən yayımlanıb.

İndi 42 yaşlı Sunak baş nazirin Dauninq-stritdəki iqamətgahına yollanacaq və burada Böyük Britaniya xalqına müraciətlə çıxış edəcək.

Rişi Sunak 8 sentyabrda kral taxtına oturan III Çarlz tərəfindən təsdiqlənən ilk baş nazir olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir