Dünya

Tramp: “Mən üçüncü dəfə prezident seçkilərində qalib gəlməliyəm”

Sharing is caring!

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərində qələbəsinin ölkənin əzəmətini bərpa etmək üçün zəruri olduğunu bildirib.

O, prezident seçkilərində iki dəfə – 2016 və 2020-ci illərdə namizədliyini irəli sürdüyünü və “hər iki dəfəsində də qalib gəldiyini” deyib.

Eyni zamanda, Tramp rəsmi olaraq uduzduğu ikinci seçkiləri birincidən daha uğurlu hesab etdiyini vurğulayıb.

“İndi ölkəmizin yenidən uğurlu, təhlükəsiz və möhtəşəm olması üçün yəqin ki, mən bunu (seçkidə qalib gəlməyi – red.) yenə etməliyəm”, – Tramp tərəfdarları qarşısında keçirilən mitinqdə bəyan edib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir