Dünya

İran öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

Sharing is caring!

İran Ukrayna ərazisində olan vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

Həmçinin Ukraynaya səfər etməyi planlaşdıranlara səfərdən çəkinməyi tövsiyə edib.

Bununla bağlı İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Ukraynada hərbi eskalasiya ilə əlaqədar bütün iranlılara Ukraynaya səfərdən çəkinmələri tövsiyə olunur. Həmçinin Ukraynada yaşayan iranlılara öz təhlükəsizlikləri üçün ölkəni tərk etmələri məsləhət görülür”, – deyə bəyanatda qeyd edilir.

Mənbə: Ukrinform

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir