Dünya

Parisdə iğtişaşlar davam edir: Saxlanılanlar var – VİDEO

Sharing is caring!

Fransa paytaxtında etirazlar səngimir. Bu gün Parisdə bahalaşmaya qarşı çıxanlarla polis arasında toqquşmalar baş verib.

İğtişaşlar Monparnas nekropolunun yaxınlığında eydə alınıb.

Etirazçılardan bəziləri nümayişçilərin keçdiyi yol boyunca barrikadalar qurublar. Hüquq-mühafizə orqanlarının əməkdaşları qurulmuş maneələri sökməyə çalışıblar. Buna cavab olaraq radikallar polis və jandarmlara şüşə və daş atmağa başlayıb, təhlükəsizlik əməkdaşları isə buna fişənglərdən atəşlə cavab veriblər.

Məlumata görə, polis bir neçə nəfəri saxlamağa müvəffəq olub. Qarşıdurma zamanı bəzi iştirakçılar yüngül xəsarətlər alıblar. Yaralılara hadisə yerindəcə həkimlər tərəfindən yardım edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir