Cəmiyyət

Azərbaycan gömrükçüləri ötən il 28 mindən çox hüquqpozma faktı aşkar ediblər

Sharing is caring!

“2022-ci il ərzində Dövlət Gömrük Komitəsi 694-ü cinayət xarakterli olmaqla 28 475 hüquqpozma faktı aşkar edib, bu faktlar üzrə şübhəli bilinən 708 nəfər barədə müvafiq tədbirlər görülüb”.

Oxu.Az-ın məlumatına görə, bunu qurumun sədrinin I müavini İsmayıl Hüseynov ötən ilin yekunlarına həsr edilmiş müşavirədə bildirib.

Bundan başqa, onun sözlərinə görə, il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 77 fakt aşkar olunub, ümumilikdə 934 kq 428 q narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb ki, onların 89,6%-ni daha təhlükəli narkotik vasitələr – heroin və metamfetamin təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir