Dünya

Ronaldunun “Qızıl top” statistikası: 17 il əvvəlki nəticəni təkrarladı

Sharing is caring!

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştianu Ronaldu bu il “France Football” jurnalının “Qızıl top”a layiq olan futbolçuların sesverməsində siyahıda sonuncu – 20-ci yerdə qərarlaşıb.

Qeyd olunur ki, 37 yaşlı futbolçu sonuncu dəfə bu nəticəni 17 il əvvəl – 2005-ci ildə “Qızıl top”a namizədlərin siyahısına düşdüyü birinci ildə göstərib.

Həmən il “Qızıl top”u braziliyalı Ronaldinyo qazanıb. Ronaldu isə siyahıda sonuncu – 20-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, portuqaliyalı karyerası ərzində beş dəfə (2008, 2013, 2014, 2016 və 2017-cı illərdə) “Qızıl top”u qazanıb.

Mənbə: Gazeta

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir