Dünya

Çin bankları külli miqdarda dollar ehtiyatlarını satışa çıxardı

Sharing is caring!

Çin bankları yuanın dəstəklənməsi məqsədilə dollar ehtiyatlarının satışına başlayıb.

Bu barədə “Reuters” bank sektorundakı mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Çinin əsas dövlət bankları bazar ertəsi günü svop və spot əməliyyatlarının kombinasiyasından istifadə edərək külli miqdarda ABŞ dolları satıblar.

Agentlikdən verilən məlumata görə, müvafiq sifariş kredit təşkilatlarına sentyabr ayında daxil olub. Eyni zamanda, dollar satışından sonra məzənnə bir dollar üçün 6,95 yuana düşüb.

Sentyabrın 26-da Çin Xalq Bankı 2020-ci ilin iyul ayından bəri ilk dəfə olaraq milli valyutanın məzənnəsini bir dollar üçün 7 yuana endirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir