Dünya

KİV: “Qızıl Top”u Benzema qazanacaq

Sharing is caring!

“Real”ın hücumçusu Kərim Benzema “Qızıl top”u qazanacaq.

Bu barədə “Marca” öz mənbələrinə istinadla xəbər verib.

Nəşr həmçinin iddia edir ki, Benzemanın komanda yoldaşı Tibo Kurtua ilin “ən yaxşı qapıçısı”, “Barselona”nın yarımmüdafiəçisi Qavi isə “ən yaxşı gənc futbolçu” seçiləcək.

Qeyd edək ki, Benzema 2021/22 mövsümündə Çempionlar Liqasının və İspaniya çempionatının qalibi olub. Forvard həmçinin 15 qol vuraraq karyerasında ilk dəfə Çempionlar Liqasının ən yaxşı bombardiri olub.

Xatırladaq ki, daha əvvəl Braziliyanın sabiq futbolçusu Ronaldo “Qızıl top”un əsas favoriti kimi Benzemanın adını çəkmişdi.

Yeri gəlmişkən, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 17-də Parisdə keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir