Dünya

Ukraynadan növbəti ərzaq karvanı yola düşüb

Sharing is caring!

Ukrayna taxıl dəhlizi çərçivəsində daha 140 min ton kənd təsərrüfatı məhsullarını beynəlxalq bazarlara göndərib. Bildirilib ki, ərzaq Afrika, Asiya və Avropa ölkələrinə daşınır.

Bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat verib.

Məlumata görə, Odessa və Yujnı limanlarından kənd təsərrüfatı məhsulları ilə yüklü 4 gəmi çıxıb.

Daşıyıcılar arasında Keniyaya 53,3 min ton buğda tədarük edəcək “Eaubonne” gəmisi də var. Bu, ölkəyə göndərilən ikinci gəmidir. “Super Henry” gəmisilə çatdırılan ilk 51,4 min ton buğda artıq bu gün Mombasa limanında boşaldılıb.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir