Siyasət

Vaqif Cavadov: “Emin Mahmudovun Qurban Qurbanova məxsus rekordu yeniləmək üçün yaxşı şansı var”

Sharing is caring!


“Emin Mahmudovun Qurban Qurbanova məxsus rekordu yeniləmək üçün yaxşı şansı var”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov kapitan Emin Mahmudovun yığma tarixinin ən məhsuldar üzvü olan Qurban Qurbanovun rekorduna yaxınlaşmasına münasibət bildirərkən deyib.

34 yaşlı mütəxəssis İordaniya ilə yoldaşlıq görüşündə (2:1) penaltidən fərqlənərək, millidəki qol sayını 11-ə çatdıran E.Mahmudovun 3 topluq fərqi aradan qaldıracağını düşünür. Onun fikrincə, 1992-2005-ci illər aralığında yığmanın heyətində rəqib qapılarından 14 top keçirən Q.Qurbanovun rekordu tezliklə qırıla bilər:

“Qurban Qurbanovun rekordunu təkrarlamaq üçün Emin Mahmudova bundan sonra 3 oyun da kifayət edə bilər. Eminin rekordu qırmaq məqsədini güddüyünə, bu barədə düşündüyünə inanmıram. 31 yaşı olmasına baxmayaraq, onun bundan sonra yığmada hələ çox oyun keçirəcəyini düşünürəm. Ümid edirəm ki, bunu bacarar. Çünki onun vurduğu hər bir qol milliyə köməkdir”.

Vaqif Cavadov hesab edir ki, keçmişlə müqayisədə indi yığmada çox qol vurmaq daha rahatdır:

“Əvvəlki illərdən fərqli olaraq, millilər indi il ərzində daha çox oyun keçirirlər. Yoldaşlıq görüşlərinin sayı artıb. Bu da çox qol vurmaq baxımından böyük üstünlükdür”.

Qeyd edək ki, Vaqif Cavadov 2006-2014-cü illərdə Azərbaycan millisinin heyətində keçirdiyi 58 görüşdə 9 qol vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir