Dünya

“Şimal axını” borularında 8 metrlik dəlik aşkar edilib

Sharing is caring!

Alman polisi sualtı maşınların köməyi ilə “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin qəzaya uğradığı əraziyə baxış keçirib və ölçüləri 8 metr olan azı bir dəlik aşkar edib.

Polisin fikrincə, bu, yalnız partlayış nəticəsində baş verə bilərdi. Ehtimal ki, qaz kəmərinin üç qolunda dörd belə dəlik olmalıdır.

Bildirilib ki, Almaniya, İsveç və Danimarka ilkin məlumatların əksinə olaraq, baş verənlərlə bağlı birgə araşdırma aparmayacaq. Hər bir ölkə insidentlə bağlı öz müstəqil istintaq aparacaq.

Qeyd edək ki, bundan əvvəl alman polisi qaz kəmərinin partladığı ehtimal edilən yerə dalğıclar göndərməyi planlaşdırıb. Lakin sonradan məlum olub ki, onların 70 metr dərinlikdə işləmək üçün lazımi avadanlıqları yoxdur.

Mənbə: Meduza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir