Dünya

Yaponlar Rusiyadan ərazilərinin qaytarılmasını tələb edirlər

Sharing is caring!

İfrat sağçı təşkilatlar Yaponiyada şimal ərazilərinin qaytarılması üçün aksiyalar keçirirlər. Onlar Rusiyadan Kuril adaları silsiləsinə daxil olan Kunaşir, Şikotan, İturup və Habomayı geri istəyiblər.

Mitinq Rusiyanın Tokiodakı səfirliyinin yaxınlığında keçirlib. Tədbir iştirakçıları furqonlarda hərəkət edib və səsgücləndiricilər vasitəsilə adaların geri qaytarılmasını tələb edən şüarlar səsləndiriblər.

Aksiya baş verən yerdə polis əməkdaşları növbətçilik çəkib. Səfirliyin girişi metal barmaqlıqla bağlanıb.

Qeyd edək ki, ötən ilin aprel ayında Yaponiya Rusiyanın Cənubi Kuril adalarını rəsmi olaraq qeyri-qanuni işğal olunmuş şimal əraziləri kimi tanıyıb.

Xatırladaq ki, 1855-ci ilin fevralın 7-də Şimodski müqaviləsinə əsasən Tokio Kunaşir, Şikotan, İturup və Habomay adalarından geri çəkilib. İki ölkə arasında İkinci Dünya Müharibəsindən sonra sülh müqaviləsi imzalanmayıb. Hazırda Yaponiya adaları özünün şimal əraziləri hesab edir. Öz növbəsində Rusiya ərazi mübahisəsi faktını tanımır.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir