Dünya

Bakıdakı kabab qoxusundan şikayətlənən macarıstanlı futbolçu: “Məni səhv başa düşdülər”

Sharing is caring!

“Həmişə öz fikirlərimi səmimi deyirəm. Heç vaxt kimisə incitmək istəmirəm. Nə yaxşı ki, Azərbaycanda “Qarabağ”la oyundakı dumanla bağlı fikirlərimi gündəmə gətirdiniz, çünki o zaman çoxları bunu səhv başa düşmüşdü”.

“Report”un məlumatına görə, bunu Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Endre Botka Bakıda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra işlətdiyi ifadələrə münasibət bildirərkən deyib.

27 yaşlı macarıstanlı sağ cinah müdafiəçisi belə açıqlama ilə gündəmə gəlmək istəmədiyini söyləyib:

“Sadəcə, meydana gələn tüstü bizi narahat edirdi. Nəfəs almaq çətin idi. Sonra bir neçə nəfər dedi ki, bu, şəhərdə müşahidə edilən güclü duman ola bilər. Mən ifadələri kortəbii işlədirəm. Şablon cavabları sevmirəm. Yəqin ki, azarkeşlər, oxucular da bunlardan sıxılır. Heç kəsi incitmək istəmirəm”.

Qeyd edək ki, Endre Botka Bakıdakı qarşılaşmada kabab tüstüsünün havanı daha da ağırlaşdırdığını söyləmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir