Dünya

ABŞ Yunanıstanda hərbi mövcudluğunu genişləndirmək istəyir

Sharing is caring!

Vaşinqton Yunanıstanda ABŞ-ın hərbi mövcudluğunu genişləndirmək istəyir.

Bu barədə Pentaqondan bildirilib.

Məsələ ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə köməkçisi Saşa Beyker və onun yunanıstanlı həmkarı Nikos Hardalias arasında söhbət zamanı qaldırılıb.

Beyker Vaşinqtonda Hardalias ilə görüşüb və bu görüş zamanı onlar ABŞ hərbi kontingentinin Suda buxtasında, eləcə də respublikanın digər yerlərində artırılması imkanlarını müzakirə ediblər.

ABŞ hərbi departamentindən vurğulanıb ki, bu yolla ABŞ NATO-ya, xüsusilə Şərqi Aralıq dənizi, Balkan adaları, Qara dəniz və alyansın cənub cinahında dəstəyini gücləndirmək istəyir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir