Dünya

Səudiyyə Ərəbistanına silah satışını dayandıran qanun ABŞ Senatına təqdim edilib

Sharing is caring!

ABŞ senatoru Riçard Blyumental Səudiyyə Ərəbistanına silah satışını bir il müddətinə dayandıran qanun layihəsinin ABŞ Senatına təqdim edildiyini açıqlayıb.

İlkin məlumatlara görə, söhbət Səudiyyə Ərəbistanına silah və sursatların birbaşa kommersiya və xarici hərbi satışının bir il müddətinə dayandırılmasından gedir.

Bundan əvvəl Ağ Ev Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ prezidenti Cozef Bayden OPEC+ ölkələrinin neft hasilatını azaltmaq qərarından sonra ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərinə yenidən baxa bilər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir