Dünya

İranda daha bir fransızın həbsi təsdiqləndi: Tehrana qarşı yeni sanksiyalar tətbiq ediləcək – FOTO

Sharing is caring!

Fransa xarici işlər naziri Katrin Kolonna İranda 5 fransalının həbsdə olduğunu təsdiqləyib.

Bu açıqlama rəsmi Parisin İranda daha bir fransalının saxlanması xəbərini araşdırmasından bir həftə sonra verilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Xarici işlər nazirinin sözlərinə görə, İrana qarşı sanksiyalar Avropa Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclasında təsdiqlənəcək. Həmçinin gələn həftənin ortalarında Avropa Birliyi Şurası tərəfindən təsdiq olunacaq.

“Bu gün günortadan sonra bir daha İranın xarici işlər nazirindən İranda həbsdə olan bütün soydaşlarımızın dərhal azad edilməsini tələb edəcəyəm. İndi beş nəfərdirlər”, – deyə Kolonna “Radio France Inter”ə müsahibəsində deyib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir