Dünya

Şakiradan iranlı qadınlara dəstək – FOTO

Sharing is caring!

Dünyaca tanınmış ifaçı Şakira İranda Məhsa Əmininin ölümü ilə başlayan etirazlara dəstəyini bildirib.

Oxu.Az-ın məlumatına görə, o, bununla bağlı özünün “Twitter” hesabında paylaşım edib.

Belə ki, kolumbiyalı müğənni “tweet”ində Məhsa Əmininin şəklini paylaşıb və iranlı qadınların yanında olduğunu bildirib.

“Ürəyim Məhsa Əmininin ailəsi, İran qadınları və məktəbli qızları, həmçinin azadlığı uğrunda mübarizə aparan hər kəslədir”, – deyə kolumbiyalı müğənni qeyd edib.

Xatırladaq ki, bundan əvvəl tanınmış müğənni Castin Biber, Hollivud ulduzu Ancelina Coli, türkiyəli canlı korifey İbrahim Tatlısəs, həmçinin Marion Kottiyar başda olmaqla bir sıra tanınmış fransalı aktrisalar etiraz aksiyalarında iranlı nümayişçilərə öz dəstəklərini ifadə ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir