Dünya

Ukraynada həyəcan siqnalı: Sakinlərə sığınacaqda qalmaq tapşırıldı

Sharing is caring!

Ukrayna sakinlərinin telefonlarına fövqəladə vəziyyət barədə bildirişlər gəlib.

Oktyabrın 11-də Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti (FHN) tərəfindən ukraynalılara xəbərdarlıq edilib. Xəbərdarlıqda gün ərzində Ukrayna ərazisində raket zərbələrinin ola biləcəyi bildirilib.

Fövqəladə hal barədə xəbərdarlıq Kiyev, Dnepropetrovsk və digər vilayətlərin sakinləri tərəfindən alınıb.

“Təhlükəsizliyiniz üçün sığınacaqda qalın. Hava hücumu xəbərdarlığını gözardı etməyin”, – deyə  mesajda qeyd edilib.

Oktyabrın 11-də səhər saatlarında Ukraynanın demək olar ki, bütün ərazisində genişmiqyaslı hava həyəcanı elan edilib. Hazırda da həyəcan siqnalı davam edir.

Mənbə: TCN.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir